| Almaniyanın InWent təşkilatının nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib |
|
TARİX:18.02.2010 “Azərbaycan Respublikasında biz¬nesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində menecerlərdən ibarət namizədlərin 2010-cu ilin iyun-iyul aylarında Almaniyada tədris və təcrübə keçməsi sahəsində müvafiq hazırlıq işlərinin gedişini müzakirə etmək məqsədilə 16-19 fevral tarixlərində Almaniyanın InWent təşkilatının Layihə üzrə koordinatoru Lyudmila Metzdorf və eksperti Vladislav Belov Bakı şəhərinə səfər ediblər. Fevralın 17-də Bakı Biznes Tədris Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin və Almaniyanın InWent təşkilatının nümayəndələrinin, 2009-cu ilin oktyabr ayında pilot layihədə iştirak etmiş nümayəndələrin, 2010-cu ilin iyun-iyul aylarında layihədə iştirak etmək üçün sənəd vermiş namizədlərin və digər sahibkarlıq subyektlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Almaniyanın InWent təşkilatının eksperti Vladislav Belov və Layihə üzrə koordinatoru Lyudmila Metzdorf çıxış etmişlər. Tədbirdə pilot layihənin iştirakçılarının və InWent təşkilatının nümayəndələrinin təqdimatları nümayiş etdirilmiş, Almaniyada keçiriləcək növbəti ixtisasartırma kursu ilə bağlı ətraflı məlumat verilmiş və namizədləri maraqlandıran suallar cavablandırılmışdır. ![]() ![]() Fevralın 18-də Quba-Xaçmaz iqtisadi rayonuna bir günlük səfər təşkil edilmişdir. Səfər çərçivəsində InWent təşkilatının nümayəndələrinin iştirakı ilə Quba rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. ![]() Qonaqlar Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları ilə birlikdə Quba şəhərində konserv məhsullarının istehsalı və xalçaçılıqla məşğul olan şirkətlərdə olmuş və sahibkarların fəaliyyəti ilə tanış olmuşlar.
|








