| Dövlət İdarəçilik Akademiyasının dinləyiciləri İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda təcrübə keçiblər |
|
TARİX:03.02.2010 Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə kredit siyasəti” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunun dinləyiciləri Bakı Biznes Tədris Mərkəzi və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda təcrübə keçiblər. Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov dinləyicilərə sahibkarların, iş adamlarının və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin maarifləndirilməsi, informasiya və konsaltinq xidmətlərinə olan təlabatlarının dolğun şəkildə ödənilməsi, regionlarda işgüzar fəallığın artırılması, eyni zamanda əhalinin geniş təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə geniş məlumat vermişdir. |





