Xəbərlər
Naftalanda “Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu” mövzusunda treninq keçirilib

TARİX: 19.08.2010

Avqustun 19-da Naftalan şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Sahibkarlığın inkişafında işgüzar əlaqələrin rolu” mövzusunda treninq keçirilmişdir.

davamı
 
Lənkəranda “Biznesin sığortalanması” mövzusunda təlim keçirilmişdir

 

TARİX: 17.08.2010

Avqustun 17-də Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyində rayonda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün “Biznesin sığortalanması” mövzusunda təlim keçirilmişdir.

davamı
 
Yardımlı rayonunda sahibkarlara güzəştli kreditlər verilmişdir

TARİX: 13.08.2010

Ölkəmizdə sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın prioritet istiqamətlərindəndir. Dövlət Proqramına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsinə yönəldilmiş tədbirləri davam etdirir.

davamı
 
“Öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində treninq keçirilmişdir

TARİX: 02.08.2010 – 13.08.2010

Avqustun 2-13-də İsmayıllı rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, ATƏT, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Norveç Humanitar Müəssisəsinin təşkilatçılığı ilə Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində trenerlər üçün treninq keçirilmişdir.

Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri də iştirak etmişlər.

davamı
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 2 of 22

Telefon Məlumat Mərkəzi

Banner
Banner

B2B.AZ - Elektron ticarət portalı

Video carx