Xəbərlər
Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyində sahibkarlar üçün təlim kursları keçirilmişdir

TARİX:03.06.2010

Mayın 5-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyində “Biznesin təşkili və idarə edilməsi” mövzusunda təlim kursları keçirilmişdir. 9 potensial sahibkarın iştirak etdiyi tədbirdə iştirakçılara biznesin mahiyyəti, növləri, təşkilati-hüquqi və mütərəqqi formaları, biznesin planlaşdırılması barədə ətraflı məlumat verilmişdir. “İşgüzar əlaqələr” mövzusunda keçirilən təlim kurslarında isə 15 nəfər iştirak etmişdir

davamı
 
Sahibkarlar üçün təlim kursları keçiriləcək

TARİX:03.06.2010

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən 8-11 iyun və 14-17 iyun tarixlərində Gəncə-Qazax iqtisadi rayonunun kiçik və orta sahibkarları üçün “Öz biznesini təkmilləşdir” mövzusunda təlim kursları keçiriləcək. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” proqramı çərçivəsində keçiriləcək tədbirdə 20-yə yaxın sahibkarın iştirakı nəzərdə tutulur.

davamı
 
İqtisadi İnkişaf Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyasının birgə təqdimatı keçirilmişdir

TARİX:01.06.2010

İyunun 1-də Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyində “Azərbaycan Korporativ İdarəetmə Standartları” layihəsinin ictimai müzakirəsi çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təqdimatı keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Lənkəran iqtisadi rayonunun yerli icra orqanlarının nümayəndələri, eləcə də iqtisadi rayondan 20-yə yaxın sahibkar iştirak etmişdir.

davamı
 
Samuxda sahibkarlara güzəştli kreditlər verilmişdir

TARİX:27.05.2010

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və sahibkarların maarifləndirilməsinə yönəldilmiş tədbirləri davam etdirir.

davamı
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 8 of 22

Telefon Məlumat Mərkəzi

Banner
Banner

B2B.AZ - Elektron ticarət portalı

Video carx